Tarixi Zəfərimizin qəhrəmanlarından biri olan şəhid Allahverdi Allahverdiyevin ailəsinə də Prezidentin aylıq təqaüdü təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, şəhid ailəsi ilə görüşən 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu barədə ailəyə məlumat veriblər.

Mərkəzin direktoru Elvin Bayramov şəhidin valideynlərinə – Əli Allahverdiyevə və Elyana Allahverdiyevaya təqaüd kartını təqdim edib. O, şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verib.

Bildirilib ki, DOST Agentliyi gələcəkdə də ailənin yaşayışını diqqətdə saxlayacaq.