“Srağagün yeznəmiz Elnur Bayramov bacım Xalidə Hacıyevanı və uşaqlarını döyərək evdən qovub. Bacım uşaqlarını da götürərək anamın Buzovnada kirayə qaldığı evə gəlib. Elnur zəng edərək anam Gülazə Abdullayevanı hədələyib ki, niyə arvadını və uşaqlarını evinə buraxıb? Anamı hədələyib ki, axşam gəlib qan salacam. Bunları anam mənə telefonda deyib sağollaşdı, az sonra yenidən zəng etdi ki, özünü təcili bizə çatdır. Anamgilə gedib gördüm ki, Elnur evdən bıçaq götürərək hasardan anamgilin həyətinə keçib. Evin qapısın bağlamaq istəsələr də, alınmayıb. Elnur əlində bıçaq içəri girib, uşaqları bıçaqla hədələyib. Bacımı yerə yıxıb başını betona çırpıb, sonra da anamın saçından tutaraq mətbəxdə sürüyüb, sonra çarpayıya çırpıb. Anam özündən gedib. Anamın sifətinə bir neçə tikişi vurublar. Bacıma deyib ki, polisə versən deyəcəm başqa kişi ilə tutumuşam. 102-yə zəng etdik, polislər gəlib onun qandalda 1-ci polis bölməsinə apardı. Evin qanın təmizləyiblər, bacım anamın yanına getmyə hazırlaşırmış, Elnur yenidən gəlib. Bacım Xalidəni və uşaqlarını aparıb, deyib ki, gəlsəniz hamınızı doğrayacam. Bizə deyir ki, birinizi öldürüb içəri gedəcəm. Elnur narkomandı, hallanır bütün günü.”

G.Hacıyeva deyir ki, neçə gündür uşaqlar qorxu içərisindəədir: “Polisə şikayət edirəm, mənə cavab verirlər ki, tuta bilmərik. Polis nəyi gözləyir, bizi öldürsün, sonra tutsunlar? Axı qorxu içərisində yaşayırıq. Anam xəstəxanada pis vəziyyətdə, kəllə-beyin travması alıb, burnundan ağır xəsarətləri var”.