Bu ifadəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il yanvarın 6-da ilin yekunlarına həsr olunmuş videoformatda kerçirdiyi müşavirədə  söyləmişdir:”Muharibə Ermənistanın yadından çıxmasın,unutmasınlar ki,dəmir yumruq yerindədir.”

Bu müşavirədə keçən ilin yekunları müzakirə olunmaqla yanaşı,2021-ci ildə görüləcək işlər haqqında da məlumat verilmişdir.

Ali Baş Komandan hamımızı qürurlandıraraq giriş nitqində vurğulamışdır ki,keçən ilin və nəinki keçən ilin ,son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.

Bəli,Azərbaycan 44 gün ərzində haqq savaşında tarixi Qələbə qazanaraq öz dədə-baba torpaqlarını erməni işğalçılarından azad etdi.Ermənistanın yaratdığı “yenilməz ordu”mifini yerlə bir etdi.Bu məğlubiyyət təkcə Ermənistanın yox,həm də onun tərəfdaşlarının,daha dəqiq desək demokratiya adı altında diktatura təbliğ edən havadarlarının məğlubiyyəti idi.Dövlət başçımızın da vurğuladığı kimi ,bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza ataraq təslim oldu və biz 3 rayonumuzu bir güllə atmadan,siyasi yollarla geri qaytardıq.

Münaqişənin hərbi həlli yoxdur deyərək 30 il Ermənistana havadarlıq edən nüfuzlu beynəxalq təşkilatlara bütün dünyanın gözü önündə sübut etdik ki,biz bunu hərbi yollarla həll etdik.

Ali Baş Komandan son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək qeyd etdi ki,bu gün müstəqil Azərbaycan  dövləti özünün ən şanlı dövrünü yaşayır.Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.Bu gün bu ,həm siyasi gücdür,həm iqtisadi gücdür,həm xalq-iqtidar birliyidir,həmçinin hərbi gücdür və bu güc ,bu birlik bizim regionda oynadığımız müsbət rolumuzu sübuta yetirdi. Məhz bu gücdən istifadə edərək ,biz,qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.

Mən isə böyük fəxarətlə vurğulamaq istərdim ki, bəli,Ali Baş Komandan,bu Qələbə təkcə ərazi bütövlüyümüzün bərpasına  gətirib çıxarmaqla yanaşı,həm də xalqımızın “Dəmir yumruq”şəklində birliyinə gətirib çıxardı.Bu isə Sizin uğurlu siyasətinizin nəticəsidir.Sözünüz ilə əməlinizin birliyinin təcəssümüdür.Məhz bunun sayəsində biz bu il böyük qürur hissi ilə  2020-ci ilə tarixi Qələbə ilə yekun vururuq.

Biz bu qələbəni,bu yekunu Sizə- Ali Baş Komandan,ölməz şəhidlərimizə və müzəffər Azərbaycan Ordusuna borcluyuq.

Bu Qələbə nəinki Ermənistan,bütün dünya üçün tarixi dərs oldu.Tarixi ədaləti bərpa etməklə Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz.

Bəli,müharibə ,dediyiniz kimi,artıq başa çatdı.Biz istədiyimizə nail olduq.İndi isə artıq quruculuq dövrü başlayır.Hər bir azərbaycanlı kimi əminəm ki,bu dövrdə də qarşıda duran vəzifələri bir olub,birlik nümayiş etdirib uğurla yerinə yetirəcəyik.Bu hər birimizin vətəndaşlıq borcudur.Biz bunu həm də ölməz şəhidlərimizin ruhu qarşısında borc kimi yerinə yetirəcəyik.Bununla da bir daha sübut edəcəyik ki,

Şəhidlər ölməz,Vətən bölünməz

Nəsimi rayo sakini,hüquqşünas Çingiz Dadaşov.