Transsibir magistralı ən uzun dəmir yolu hesab edilir. Belə ki, onun uzunluğu 9 300 kilometrdir.

Fransada qatarların gecikməsinə səbəb olduğu üçün vağzallarda öpüşmək qadağan olunub. Artıq 100 ildir ki, bu qanun qüvvədədir və heç kim onu ləğv etmək niyyətində deyil.

Perunun qərb hissəsində hərəkət edən qatarların birində sərnişinlərə oksigen maskaları təqdim olunur. Məsələ ondadır ki, bu qatar dünyanın ən hündür dəmir yolu ilə hərəkət edir. Bu dəmir yolu üç kilometr həcmində hündürlükdə yerləşir.

Bavariyada 1910-cu ildə yerli rəhbərlik tərəfindən qatar maşinistlərinin və kürəçilərin dayanacaqlarda pivə içmələrini qadağan edən qərar qəbul edilmişdi.

Argentinada məşhur “Pataqoniya – Ekspress” qatarı ilə səyahət etmək mümkündür. Bu qatar öz dövründə əsrin qarətini yaşamışdı. Bu qatarda səyahət etməyi seçən turistlər tək ətrafdakı peyzajdan zövq almaqla kifayətlənməyəcəklər. Belə ki, səyahət zamanı həqiqi qatar qarətini xatırladan tamaşanın iştirakçısına da çevrilə biləcəklər.

Bir neçə illər ərzində “Paris-Venesiya” marşrutu üzrə dəmir yolu mövcud idi və bu yolunda xüsusi “Sevgi qatarı” hərəkət edirdi. Bu qatarın kupelərində xüsusi xidmətlər təşkil olunurdu. Burada sərnişinlər televizordan, duş kabinindən və iki nəfərlik yataq rəfindən rahatlıqla yararlana bilərdilər.