“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı video yayıb.
Qurumdan Bakıxəbər.az-a daxil olan görüntülərdə qatar gəlməmişdən əvvəl şlaqbaumun bağlı olduğu, digər avtomobillərin də gözlədiyi görünür.
“Azərbaycan Dəmir Yolları”nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova videonu dəmir yolunu günahlandırmağa çalışanlara cavab olaraq yaydıqlarını deyib.
Bütün bunlara cavab olaraq, Bakıxəbər.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən hadisənin real görüntüsünü ictimaiyyətə təqdim edir: