ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən sentyabrın 15-də dərc edilmiş məlumata görə, ABŞ-da COVID-19-dan vəfat etmiş cavan adamların orta hesabla hər 4 nəfərinin 3-də başqa xəstəliklər olub.

Bakıxəbər.az xəbər verir ki, Mərkəzin məlumatına görə, fevralın 12-dən iyulun 31-dək koronavirusdan vəfat etmiş, yaşı 21 və daha az olan 120 amerikalının 70 faizi 10-20 yaşlarında, 20 faizi 1-9 yaşlarında, 10 faizi isə 1 yaşa qədər uşaqlar olub. Hesabatda göstərilir ki, COVID-19 koronavirusundan vəfat etmiş cavan insanların 45 faizi ispandilli amerikalı, 29 faizi qaradərili amerikalı, 4 faizi Amerika hinduları və ya Alyaskanın yerli sakinləri olub.

COVID-19-dan və onunla bağlı fəsadlardan vəfat etmiş cavan adamların 25 faizi sağlam, qalanları isə sağlamlıqla bağlı problemlərdən əziyyət çəkənlər (astma – 28 faiz, piylənmə – 27 faiz, nevroloji pozuntular və ümumi inkişafda geri qalma – 22 faiz, ürək-damar xəstəlikləri – 18 faiz) olub.

Şölə Beyləqanlı