“İndi və hər zaman eşit” sloqanı ilə ölkəmizdə ilk dəfə olaraq “Cochlear İmplant Günü” ilə bağlı eşitmə qüsurunu geridə qoyan uşaqları bir araya yığıb onlar üçün “Cochlear Azerbaijan” ailəsi tərəfindən bayram təşkil olunmuşdur.

“Yeni Gündəm” in məlumatına görə, uşaqlar üçün əyləncə xarakteri daşıyan şoular, onlara yararlı olacaq bir çox hədiyyələr təqdim edilmişdir. Uşaqların bir çoxlarının artıq şeirlər öyrənərək söyləməsi, mahnı oxuma kimi bacarıqlarını sərgiləməsi, bu gün sevdiklərinin səsini eşitdiklərini dilə gətirmələri günün ən yadda qalan hissəsinə çevrilmişdir.
Tədbirin gedişatında texniki dəstəyə ehtiyacı olanlar üçün mütəxəssislər üçün pulsuz müayinə təşkil edilib.
Reabilitasiya xidmətləri üçün ayrı diaqnostikalar aparılıb.