AzTimes.az xarici mətbuata istinadən xəbər verir ki, Çində daha bir virus aşkarlanıb . Dünyanı iflic edən koronavirusdan sonra “Hantavirus” ölkəni bürüyüb. Artıq virusa yoluxanlarda ölüm halları qeydə alınıb.”Global Times” qəzeti Çinin Yunnan vilayətində bir orta yaşlı kişinin işdən qayıdarkən avtobusda halının pisləşdiyini və Hantavirusdan həyatını itidiyini dərc edib. Hadisədən sonra avtobusda olan sərnişinlər karantinə alınıb.
Pərvin Abışova