Çinin koronavirus yayılan Uhan şəhərində olan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb.

Bakıxəbər.az “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda bu şəhərdə 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı var.

Ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi karqo təyyarəsi onların təxliyəsi üçün Çinə göndəriləcək. Azərbaycan və Türkiyə vətəndaşları “Koca Yusuf” əməliyyatı ilə təxliyə ediləcək.

Türkiyəyə çatandan sonra onlara xüsusi geyimlər veriləcək. Həmin şəxslər 14 gün karantində saxlanılacaqlar.

“Vətəndaşlarımızda hazırda bir xəstəlik əlaməti yoxdur. Ancaq yenə də Uhan aeroportunda həkimlər onları müayinə edəcək. Pilot və ekipaj daxil olmaqla, hər kəsə xüsusi geyimlər veriləcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və səhiyyə ekipajı 14 gün karantində saxlanılacaqlar. Heç kimdə şübhə qalmasın. Türkiyə yoluxucu xəstəliklərə qarşı bütün tədbirləri görür”, – Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.