Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov vəZöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün növbəti mərhələsi keçirilir.

Bakıxəbər.az xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib.