Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Bakıxəbər.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.

Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk oyun günündə Rusiyanın “Krasnodar” komandası Yunanıstan PAOK-unu, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya “Zaltsburq”unu, Çexiya “Slaviya”sı isə Danimarka “Midtüllann”ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zaltsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) – “Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq.

Şövkət Hüseyinova