İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək. Bakıxəbər.az-ın məlumatına görə, səfərin birgünlük olacağı və bu gün baş tutacağı qeyd edilir.

Səfər çərçivəsində iranlı nazirin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir. Görüş zamanı regional məsələlərin, eləcə də Suriya böhranı və İdlib məsələsinin müzakirə ediləcəyi gözlənilir.