2 oktyabr 2018-ci il tarixində Camal Qşıqçı evlənmək məqsədilə tələb olunan sənədləri əldə etmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsolluq binasına daxil olur. Səfirliyin qarşısında onu gözləyən nişanlısı, Xədicə Çingizə deyir ki, “qolumdakı saat smartdı, yəni ağıllıdı. Bütün danışıqları qeydə alıb mobil telefonuma ötürəcək. Al bu da telefonum. Binadan çıxmasam, bu telefonun yaddaşına gir. İçəridəki bütün söhbətlərimizi bu smart telefonda dinləyə bilərsən”.
Təxminən 11 saat sonra Camalın konsolluq binasından çıxmadığını görən nişanlısı, əlacsız qalaraq onun mobil telefonunu dinləməyə başlayır və eşitdiklərindən dəhşətə gəlir.
Sonralar türk mütəxəssisləri telefonun yaddaşına girərək içəridəki dəhşətləri anba-an qeydə alırlar. Mövzu, düşür Türkiyənin məşhur “Sabah” qəzetinin manjetinə.
Qəzetin versiyası ilk baxışda ağlasığmazdı. Camal Qaşıqçı içəri keçincə işkəncələrə, fiziki zorakarlığa məruz qalır. Amansızcasına dindirilir. Qəzet iddia edir ki, konsulluq ətrafındakı müşahidə kameraları həmin vaxtda binaya 15 nəfərin girdiyini qeydə alıb. Görüntüləri incələyən BBC mütəxəssisləri bu şəxlərin sırasında bəzi yüksək rütbəli səudiyyə kəşfiyyatçılarını, o cümlədən patalaqoanatom Məhəmməd ət Tubayçını tanıyıblar.
“The New York Times” qəzetinin versiyası lap tükürpədicidir. O, adı çəkilməyən bir türk məmuruna istinadən Camal Qaşıqçının öldürüldükdən sonra elektrik mişarı ilə param-parça edildiyini iddia edir. İcraçı da görünür elə həmin Tubayçı olub. Cəsədin parçaları müxtəlif istiqamətlərə aparılaraq oralarda gizlədilib. Türk polisində həmin avtomobillərin görüntüləri mövcuddu.
Mərhum, sadə, sıradan bir jurnalist deyildi. Misal üçün məşhur Ben Ladendən silsilə müsahibələri ilk dəfə məhz o alıb. Tarmp ilə vəliəhd Məhəmməd ibn Səlman arasındakı iş birliyi mövzusu da, Qaşıqçının diqqət mərkəzindəymiş.
Təsadüfü deyil ki, hadisədən dərhal sonra Donald Tram bərk həyəcanlanıb və deyib:

“ Nə baş verdiyini hələ öyrənməliyəm. Həqiqət mütləq üzə çıxacaq. Hələ tezdi. Hadisəyə ilə ilk tanışlıqdan sonra adama elə gəlir ki, Ər-Riyad həqiqətən müqəssirdi. Ancaq gəlin istintağın nəticələrini gözləyək. Bizim Səudiyyə ilə iri çaplı silah ticarətimiz var. Onu kəsmək zəhər içməyə bənzəyir”.
Almaniya, Britaniya, Fransa hadisə ilə bağlı birgə sərt açıqlama veriblər. Ər- Riyadı sanksiyalarla hədələyiblər.
Türkiyə prezidentinin barmaqları, mövzunun nəbzi üzərindədir. İstintaq davam edir.
Dünya ictimaiyyəti şokdadır.
Qeyd edək ki, qatillləri, Camal Qaşıqçının qolundakı smartsaat ifşa edib. Saatın yaddaşı bu yaxınlarda tam deşifrə edilərək mətbuata təqdim olunacaq.

Mer.Az