Cənubi Koreyada koronavirusa 60 yeni yoluxma hadisəsi qeydə alınıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 893 nəfərə çatıb.

Qurum qeyd edib ki, 49 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb.

13 273 nəfərdən analizlər götürülüb, 8 nəfər dünyasını dəyişib.

Ümumilikdə 22 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.