“Cənub Qaz Dəhlizi” QSC 1 lot üzrə açıq tender elan edib.

“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, tender 2017 və 2018-ci illər üzrə əməliyyat xidməti müqaviləsi (Operating Service Agreement) çərçivəsində ayrılmış vəsaitlərin Əvvəlcədən Razılaşdırılmış Prosedurlara (AUP) uyğun olaraq müstəqil yoxlama xidmətinin həyata keçirilməsi ilə bağlıdır.

Tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün lazımi sənədləri oktyabrın 18-i saat 17.00- dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə oktyabrın 30-u saat 17.00-dək Bakı şəhəri, H.Əliyev prospekti 121 nömrəli (SOCAR Tower) ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri oktyabrın 31-i saat 10.00-yuxarıda qeyd olunan ünvanda açılacaq.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.