Bu gün yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə – Lerik rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakıxəbər.az-ın məlumatına görə, zəlzələ episentrdə bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.


***17:48

Bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Bakıxəbər.az xəbər verir ki, yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub.

Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.