ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Tramp administrasiyasının  sərt və aqressiv xarici siyasət tərəfdarı olan ən yüksək rütbəli məmuru Con Bolton Azərbaycan, Gürcüstan, Rusiyaya, həmçinin, Rusiyanın “ermənistan” adlı hərbi bazasına səfər edəcək.

İlk dəfə bu barədə erməni tərəfi xəbər yaymışdı. Bir neçə gündən sonra isə,  Con Bolton özünün Twitter-bloqunda bunları yazdı: “Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”.

ERMƏNİ LOBBİSİ İŞ BAŞINDA

Hay-dığacıq lobbisi barədə bizim jurnalistlər, politoloqlar və ekspertlər şərh verərkən daim əsas bir aspekti nəzərdən qaçırırlar. Dünya erməni lobbisinin təşkilatlanma, nəhəng maliyyə və kriminal-terrorist “vuran əl” kimi tərkiblərə əsaslanan gücünün bir üstünlüyü də var: dünyanın aparıcı ölkələrinin məxfi informasiyalarına çıxışı.

         Məhz anqlo-sakson (ABŞ, İngiltərə), fransız və rus siyasi elitaları çevrələrində dövriyyə edən məxfi informasiyaya çıxış erməni mafiyasının ən güclü üstünlüklərindən biridir. Məsələn, çoxlarının heç xəbəri yoxdur ki, hələ 1974-cü ildə ABŞ-da keçirilən politoloqların və tarixçilərin xüsusi konfransında gələcəkdə SSRİ-nin dağılmasının əsas səbəblərindən biri kimi etnik münaqişələr və bu sırada Qarabağda yaşayan ermənilərin separatçı-terrorçu ocağının alovlanması göstərilirdi. Gələcəkdə doğacaq bu münaqişəyə ermənilər daha hazırlıqlı idilər. Nəticəni isə bu gün görürük: Qərbi Azərbaycan təmamilə azərbaycanlılardan təmizləndi, artıq 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının 25 faizi işğal altındadır, ümumilikdə azərbaycanlıların itkisi100 minədək şəhid, itkin və əsir civarındadır, 1 milyon nəfərdən yuxarı qaçqını var…

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun da qarşıdakı səfəri barədə ilk xəbər verən yenə də erməni tərəfi oldu. Bu, bir daha göstərir ki, strateji məxfi informasiyalara ermənilərin çıxışı vardır. Hətta bu xəbəri ilk dəfə özünün Facebook səhifəsində açıqlamış erməni dığacığı səfərin məqsədini də göstərib:  Trampın müşavirinin səfərində əsas müzakirə mövzularından biri İran olacaq…

Erməni dığacığından bir neçə gün sonra açıqlanmış ekpert şərhləri bu məlumatı dolayısı ilə təsdiq etdi. Analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır.

Beləliklə, erməni mafiyasının yenə də müəyyən strateji informasiyalara çıxışı olduğunu görürük.

SƏFƏRİN MƏQSƏDİ

Virtualaz.org xəbər verir ki, Bolton Azərbaycan, Gürcüstan və ermənistan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.

Nəşr qeyd edir ki, Yerevana gəldikdə bu asan olmayan məsələdir. Çünki məhz İranın hesabına “ermənistan” Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışacaq. Tehran “ermənistan”dakı azad iqtisadi zonada gündə 200 min barrel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. Bu haqda oktyabrın 15-də İran parlamentinin büdcə planlaşdırması komissiyasının üzvü Hadi Qavami bildirib. Beləliklə, İran Amerika sanksiyalarından yan keçməyə çalışır.

Boltonun isə ermənilərlə xüsusən İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda İrəvan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton “ermənistan”ın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə Yerevanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, “ermənistan” hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İran və Rusiya ona müsbət yanaşır.

2018-ci ildə Bolton milli təhlükəsizlik müşaviri təyin olunanda Martirosyan bu haqda “Financial Times” qəzetində bəhs edib. Bir sıra Amerika KİV-ləri isə Boltonu “regionun reallıqlarını bilmədiyinə” görə tənqid ediblər.

Sözsüz ki, ABŞ siyasi elitası içində səriştəsiz kadrların, dünyanın müxtəlif regionlarından xəbərsiz adamların olması dünyaya məlum faktdır. Amma C.Boltona qarşı ABŞ KİV-i tərəfdən səriştəsizlikdə ittihamların arxasında erməni lobbisinin durmasını da inkar etmək olmaz.

İRANLA BAĞLI ANQLO-SAKSON MƏQSƏDLƏRİ

İrana qarşı sərt sanksiyaların və hətta, ehtimal edilən təxribat xarakterli əməliyyatların gerçəkləşdirilməsi ilə ABŞ-ın nəyə nail olması indiyədək ciddi müzakirə mövzusudur. ABŞ İrandakı rejimə qarşı təzyiqlərində nə qədər uzağa gedəcək?

Hətta, məhz ABŞ-ın diplomatik xətlə təsiri nəticəsində BMT-də bu ilin sentyabrında 73-cü rəsmi iclasında “İranda insan haqlarının durumu” adlı 77 bəndlik hesabatın 57-ci bəndində Güney Azərbaycan problemlərinə toxunulub. Sənəddə Azərbaycan dilinin və güneyli azərbaycanlıların etnik əsasda diskriminasiyasından söz açılıb. Amma bu o demək deyil ki, ABŞ və Qərb siyasi çevrələri İranın müasir Liviyanın, Livanın, Suriyanın və ya İraqın durumuna uyğun hala gətirilməsinə çalışırlar.

Əvvəla, İran öz hərbi qüvvəsinə görə, dağıdılmış ərəb dövlətlərindən daha güclüdür. İkincisi, Rusiya heç də İranı güdaza vermək niyyətində deyil. Çünki bilir ki, İrandan sonra növbə onundur.

Üçüncüsü, Qərb dünyasında İranı “ari mədəniyyətinin Şərqdəki ocaqlarından biri” kimi nəzərdən keçirən siyasi çevrələr var. Anqlo-sakson, frankofon və germandilli ölkələrdə siyasi çevrə nümayəndələri uşaqlıqdan “ari irqçiliyi” ruhunda yetişmişlər və İranın guya “qədim ari mədəniyyətinin ocaqlarından biri olması” barədə tarixi saxtakarlıq indi də qüvvədədir.

Nəhayət, dördüncü faktor: ərəb dünyasına tətbiq edilən senari – faktiki siyasi xəritədə nominal mövcud olan ölkələrin, daha doğrusu, dini, etnik əlamətlərə görə regionlara parçalanmış “dərəbəyliyə” çevrilməsi çətin ki, İrana qarşı tətbiq edilsin.Mümkündür ki, harada isə, anqlo-sakson elitası bölgədə “kürdüstan” yaratmağa, Urmiya və d. bölgələrin “kürdüstana daxil olmasına” razıdırsa, amma dağılmış İran ərazisində Türkiyə və Şimali Azərbaycanla geostrateji ittifaq yaradacaq “Güney Azərbaycan” layihəsinə qarşıdır.

Ona görə də, ABŞ-ın İranı təmamən məhv etmək niyyətində olması inandırıcı deyil. Digər tərəfdən, ABŞ və müttəfiqləri üçün daha əlverişli variant — İranda hakimiyyətə ABŞ-a meylli fars millətçilərinin (fars demokratlarının, şah rejimi tərəfdarlarının) gətirilməsidir. Biz bunları mütləq unutmamalıyıq.

NƏTİCƏSİZ SƏFƏR?

Con Boltonun İranla bağlı gözlənilən səfərinin uğurlu olacağı indidən şübhə altındadır. Çətin ki, sanksiyaların götürülməsi əvəzində İranı güdaza verməyə Rusiya razı olacaq. Çünki “İran kartı” Rusiyanın nəinki Yaxın Şərqdə, hətta Cənubi Qafqazda mövcudluğu deməkdir, hətta, ən azından, Rusiyanın ərazisi olan Şimali Qafqazda nəzarətinin təmini anlayışını ehtiva edir.

Əgər Rusiya İranı güdaza verməyəcəksə, cənab Con Bolton Cənubi Qafqaz respublikalarından, yəni Azərbaycandan, Gürcüstandan, hətta Rusiyanın “ermənistan” adlı hərbi bazasından nə gözləntisi var?

Tutaq ki, Gürcüstan ABŞ-ın İran barədə bütün tapşırıqlarını cari mili mənafelərinin təmini əvəzində qəbul edəcək. Gürcüstanın İrana qarşı blokadaya qoşulması Tehran üçün siyasi və iqtisadi cəhətdən böyük itki deyil. Gürcüstanın əsas iqtisadi bağları Qara dəniz və Türkiyə vasitəsilə Avropa Birliyi ilədir. İran rejimi ilə münasibətlərin pozulması nə Gürcüstana, nə də İrana ciddi təsir etməyəcək.

İrana tutarlı təsir göstərə biləcək olan faktor Azərbaycanın və bir də rus-erməni işğalı altında olan Qərbi Azərbaycandakı işğalçı erməni rejimin anti-İran blokadasına qoşulmasıdır. Lakin bunlar mümkündürmü?

Əvvəla, “arsax respublikası”, “ermənistan respublikası” qondarma adlı ərazilər Rusiyanın birbaşa nəzarətindədir. Erməni dığacığının hünəri nədir ki, ağası Moskvanın əmrinə qarşı getsin.  İkincisi, erməni lobbisinin ən güclü ocaqlarından biri də İrandadır. Azərbaycan əleyhinə bölgədəki “arsax”, “ermənistan” ərazilərinin erməni kolonistlərindən, Rusiyadakı erməni lobbisindən sonra İrandakı erməni diasporu dördüncü ən təhlükəli ocaqdır. Həmçinin, ermənilər gördülər ki, Suriyada Əsəd rejimini dəstəkləyən erməni diasporu vətəndaş müharibəsi nəticəsində zəiflədi. Digəl ki, Suriyadakı erməni diasporu Azərbaycan və Türkiyə əleyhinə ən güclü xristian forpostlarından biri idi. Doğrudur, ermənilər suriyalı həmcinslərini işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək şansı qazandılar. Amma bu onlar üçün o qədər də böyük uğur deyildi. Çətin ki, ermənilər İranın Suriyaya çevrilməsi və Suriyada olduğu kimi Farsistandakı erməni diasporunun məhvini arzulayırlar. Bu, dünya erməniliyi üçün ciddi mövqelərin itirilməsi deməkdir.

Üçüncüsü, çətin ki, “ermənistan” İrana qarşı sanksiyalara qoşulsun və ya bu sanksiyalara ciddi əməl etsin. “Nüvə sazişindən” əvvəl də “ermənistan” İranla ciddi münasibətlərdə idi və sanksiyalara məhəl vermirdi. Bütün xristian dünyası bunu bilirdi. Lakin ermənilərə münasibət anqlo-sakson, frankofon və almandilli ölkələrdə fərqli olduğundan, bu sanksiyaların ermənilər tərəfindən pozulmasına xristian Qərb dünyası görməzdən gəldi.

İndi günü sabah ermənilər Boltona “get, işinlə məşğul ol!” – deyib İranla iqtisadi, hərbi əməkdaşlıqlarını davam etdirsələr, ABŞ ermənilərə qarşı nə isə edəcəkmi? Xeyr! ABŞ siyasətçiləri ölkədəki erməni diasporunun yedəyində gedirlər, ABŞ-dakı erməni diasporu Rusiya kəşfiyyatına işlədiyi kimi, Rusiyadakı erməni diasporu CİA-nın məlumat bazasıdır. Dincə xristian, özünü “ari irqinə mənsub avropalılara qohum” kimi qələmə verən, nəhəng maliyyəyə malik bu cür beynəlxalq mütəşəkkil sistemlə əməkdaşlıqdan anqo-sakson qüvvəsi imtina edən deyil.

Bəs Azərbaycana Con Bolton nəyi təklif edə bilər?

MƏNAFELƏRİMİZ ÖNƏMLİDİR

Tutaq ki, Azərbaycan ABŞ-ın tələbi ilə İrana qarşı bloka qoşuldu, İranla müəyyən iqtisadi layihələrdən imtina etdi, İranın ərazimizdən keçən tranzitinə maneələr törətdi, açıq-aşkar İranın daxilindəki müxtəlif müxalif qüvvələri dəstəklədi. Sözsüz ki, İran da Azərbaycanda öz “beşinci kolonunu” – dini fanatik qruplaşmaları, separatçıları, təriqətçi təxribat qruplarını işə saldı. Ardınca da, İranı strateji dayağı sayan Rusiya da Azərbaycana qarşı çox vektorlu təhdidlərini (ticarətdə bloklanma, Azərbaycandan gedən kütləvi əmək miqrantlarına qarşı sıxışdırma və s., xüsusilə də cəbhə bölgəsində durumun kəskinləşdirilməsi) gerçəkləşdirə bilər. Bu duruma düşən Azərbaycana okeanın o tayından ABŞ nə ilə kömək edə bilər?

Əgər ABŞ və bütünlüklə Qərb qeyri-türk və xristian Gürcüstanı və Ukraynanı indiyədək rus işğallarından qoruya bilmirsə,  türk və müsəlman Azərbaycanı müdafiə edəcəkmi? Bəlkə, bizə, yəni türk və müsəlman Azərbaycan dövlətinə görə Rusiyaya və İrana müharibə elan edəcək? 907-ci düzəliş bu ölkənin siyasi dairələrinin bizə münasibətini birmənalı nümayiş etdirir.

Digər tərəfdən, günü sabah ABŞ-la İran rejimi dil tapdılar və barışdılar. İran ABŞ-a heç nə edə bilməz, amma ABŞ-ın blokadasına dəstək olmuş Azərbaycan Respublikasına qarşı bacardıqca təsirli qisas tədbirləri görə biləcək.

Nəhayət, İranda islamçı rejimin hakimiyyəti Azərbaycanın bölgədə önəmini artırır. Günü sabah Tehranda hakimiyyətə qərbyönlü fars millətçilərinin (demokratlarının, şahçılarının) iqtidarı gəlsə, Azərbaycanın onsuz da təhlükəli durumu birə yüz qat çətinləşəcək.

Beləliklə, İrana qarşı mövqe tutsaq ermənipərəst, xristianpərəst ABŞ-ın dayağına inanmaq çətindir. Bəs ABŞ-la bağlı nəyə inanmaq olar?

Problem elə bundadır. ABŞ-ın tələblərindən imtina etsək, Vaşinqtonun bizə qarşı elan edilməmiş sanksiyaları ilə üzləşmək təhdidinə inana bilərik. ABŞ-a Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün bəhanə tapmaq çətin olmayacaq. Erməni işğalçılarına rəvac verə bilər, “insan hüquqları” ,“demokratiya” və “korrupsiya” mövzularını dövriyyəyə buraxar, Azərbaycana qarşı iqtisadi və siyasi sanksiyalar paketini işə salar, konkret vəzifəli şəxslərə və onların ailə üzvlərinə qarşı fiziki və maliyyə təhdidlərini səsləndirər və s. Digəl ki, İrana qarşı blokadada iştirak etməkdən boyun qaçıran “ermənistan”a ABŞ siyasi dairələri heç nə edən deyillər, amma İrana qarşı blokadadan imtina edən Azərbaycana qarşı əllərindən gələn ədalətsizliyi edə bilərlər. Xristian dünyasının aparıcı qüvvələrinin bu çeşiddən olan ədalətsizliyinə və saxtakarlığına artıq öyrəncəliyik…

Qarxunlu

 “Millətçilik” qəzeti