Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının

maliyyə dəstəyi ilə “Himayədar” Tənha və Valideyn Himayəsinə Ehtiyacı olanlara Kömək  İctimai Birliyi tərəfindən “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsi çərçivəsində   1  saylı Cəbrayıl rayon Məcburi Köçkün Qəsəbəsində  sakinlərə təlim keçirildi.

Təlimdə Cəbrayıl rayon DAİM-nin nümayəndəsi daxil olmaqla 23  nəfər  iştirak edirdi.

“Zorakılığa yox deyək-  ailəmizi qoruyaq”  mövzusunda təlimin məqsədi Cəbrayıl rayonunun 1 saylı Məcburi Köçkün Qəsəbəsində ailədaxili münasibətlərin ağsaqqal, ağbirçək mediasiyası ilə xoş rəftar əsasında qurulması ənənələrinin bərpasına dəstək verməkdən ibarət olmuşdur.

Təlimçi Nizami Musayev tədbir iştirakçılarına məişət zorakılığının baş vermə forma və səbəbləri və ondan çıxış yolları barədə ətraflı məlumat verərək, iştirakçıların müvafiq mövzuda suallarını cavablandırmışdır.

Çay fasiləsindən sonra layihə eksperti Qızbəs Məmmədova məişət zorakılığının ümumiyyətlə cəmiyyət və Dövlətin müştərək problemi olduğunu vurğuladı və hər bir ailədə bu problemlərin həlli üçün zəruri addımların vaxtında atılmasının zəruri olduğunu bildirdi.

Layihə heyəti iştirakçılara mehriiban ailə şəraitində yaşamağı arzuladı.

Layihə heyəti eyni zamanda tədbirin təşkil olunmasında əsaslı dəstəklərinə görə Cəbrayıl Rayon İcra Hakimiyyətinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. 1 saylı Qəsəbə sakinləri  təlimdən razı olduqlarını və  yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.