Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 214,5 mln. manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2,5 dəfə çox – 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 175 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 22,2% azdır.