Gürcüstanda aparılan ümumi siyahıyaalmanın nəticələrinə görə, 1991-ci ildən sonra, təxminən, 1 milyon insan Gürcüstanı tərk edib.

Bakıxəbər.az “Kommersant”a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 1991-ci ildən vətənini tərk edən gürcülərin əksəriyyəti – 21%-i Rusiyada qərar tutub.

İkinci sırada Yunanıstan qərarlaşıb. Bu bəlkə də Gürcüstanın Tsalka vilayətində yaşayan pontiyalı yunanların ötən əsrin 80-ci illərinin ortalarından etibarən Mixail Qorbaçovun “yumşaqlığı”ndan istifadə edərək məhz Yunanıstana köçmələrinin davamı və nəticəsidir.

İlk “10-luq”da həmçinin Türkiyə (11,2%), İtaliya (10,9%), Almaniya (7,1%), ABŞ (5,7%), İspaniya (4,1%), Fransa (3,7%), Ukrayna (3,7%) və Azərbaycan (2%) da yer alıb.