Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakıxəbər.az-a verdiyi məlumata görə,13.08.2018-ci il tarixdən etibarən qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcəkdir.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik
qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin
edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin
yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən etibarən
həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik
ödəniş kartları tətbiq ediləcəkdir.
Yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq,
balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq
vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə
kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir
sərnişin üçün nəzərdə tutulub.
Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri,
Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək
olar.
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda
gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass
vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya
köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.
Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə
“Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında
tanış olmaq olar.