Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhləsinə start veriləcək.

Bakıxəbər.az-ın məlumatna görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” klubu da bu mərhələdə ilk oyununu keçirəcək. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiy kollektiv Astanada Danimarka “Mityulland”ini sınağa çəkəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

18:00. “Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka)

20:00. ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç)

21:30. PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə)

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

22:15. “Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova)

22:30. “Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)

23:00. “Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya)

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu iyulun 25-i keçirəcək. Ağdam təmsilçisi səfərdə Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.