Sentyabr ayı ərzində Azərbaycanda açıq havada 17 idman yarışı keçiriləcək.

Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin (AGİN) Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, yarışlar basketbol, stolüstü tennis, futbol, mini-futbol, strongman, atletika, həndbol, florbol, badminton, üzgüçülük və şahmat idman növləri üzrə təşkil olunacaq.

İlk olaraq, sentyabrın 5-də Mingəçevir şəhər stadionunda basketbol üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Respublika turniri gerçəkləşib.

Sentyabrın 23-də açıq havadakı son yarış Xüsusi Olimpiya proqramına uyğun olaraq stolüstü tennis üzrə ölkə turniri olacaq.