Brüssel Beynəlxalq Hava Limanında 150-ə yaxın avireys təxirə salınıb.

Bakıxəbər.az xarici KİV-ə istinadən xəbər verir ki, buna işçilərin tətil elan etməsi səbəb olub.

Məlumata görə, şirkət rəhbərliyi və həmkarlar ittifaqının nümayəndələri tətilin dayandırılması ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, aksiyada iştirak edənlər iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqqının artırılmasını tələb edirlər.