Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 19 373 nəfər olub.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, indiyədək virusa yoluxmuş 108 536 xəstə vəfat edib.

Bununla da COVID-19-a yoluxanların sayı 3 milyon 359 570 nəfərə yüksəlib.

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.