“ Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm .39 il bundan əvvəl iki dəfə
gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm.Bu gün yanvarın 14-də yenə
də buradayıq.”-bu sözləri Şuşaya səfəri zamanı Ali Baş Komandan cənab İlham
Əliyev hərbçilərlə görüşündə deyib.
Bəli,Ali Baş Komandan,özünüzün də vurğuladığınız kimi,bu dəfə müzəffər
Azərbaycan Ordusunun,qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi
gəlmisiniz.
Məlumdur ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ,Birinci
vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də
Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər
etmişlər.Bu səfər zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci
kilometrində Füzuli-Şuşa yolunun ,həmçinin Füzuli rayonunda hava limanının
təməlqoyma mərasimi olmuşdur.
Dövlət başçımızın özünün də qeyd etdiyi kimi, bu azad edilmiş bölgələrimizin
inkişafı üçün çox önəmli bir layihədir.Həmçinin dövlət başçımız bildirmişdir
ki,uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir.Bu hava limanının əsas məqsədi
isə xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir.Cənab Prezident onu da qeyd
etmişdir ki,bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni
avtomobil yolunun təməli qoyulub .
Təməlqoyma mərasimində Ali Baş Komandan böyük qayıdışın başlandığını elan
edərək bəyan etdi ki,necə ki,düşməni qısa müddət- cəmi 44 gün ərzində
torpaqlarımızdan qovduq,eləcə də bizim tarixi dədə-baba torpağımız olan
Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Daha sonar Şuşaya səfər edən Ali Baş Komandan yolboyu erməni vəhşiliklərini bir
daha əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
İlk olaraq Şuşadakı məscidi ziyarət edən dövlət başçımız və ailəsi məscidə “Qurani-
Kərim”kitabı bağışladı ,dualar etdi.
Cənab Prezidentin Şuşaya səfəri ərəfəsində Şuşanın işğalı zamanı zədələnmiş
Üzeyir Hacıbəylinin ,Bülbülün və Natəvanın heykəlləri dogma yurduna geri
qaytarıldı ki,bu da çox böyük tarixi hadisədir.

Şuşanı şəxsən özü avtomobillə gəzərək tarixi abidələrə baş çəkən Ali Baş
Komandan Şuşa şəhərində yerləşən bir binanın üzərində ermənilər tərəfindən
yazılan “Şuşi Plaza Hotel”yazısını oxuyaraq “Şuşi”adli şəhər yoxdur,”Şuşa “ var
deyərək hər birimizin ürəyindən xəbər verdi.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı Şuşa şəhərində hərbçilərlə
görüşərək üçrəngli bayrağımızı dalğalandırdı.8 Noyabr tarixinin əhəmiyyətindən
bəhs edən Ali Baş Komandan bildirdi ki,Şuşanın işğaldan azad olunması böyük
qəhrəmanlıq,peşəkarlıq,milli ruh tələb edirdi.Azərbaycan hərbçiləri bütün bu
xüsusiyyətləri nümayiş etdirmişdir.
Hər birimizi qürurlandıraraq Ali Baş Komandan bəyan etdi ki,mən Şuşaya qələbə
yolu ilə gəlmişəm.44 günlük müharibənin hər bir günü qələbə,zəfər
günüdür.Şuşanın işğaldan azad edilməsi isə düşmənə vurulan ən böyük zərbə
oldu.Bizim şanlı Ordunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.Bu
müharibəni biz şəhidlərimizin qanı,canı bahasına,hərbçilərimizin şücaəti
hesabına qazanmışıq.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin
məqbərəsinin düz 39 il bundan əvvəl-1982-ci ildə yanvarın 14 –də açılışı zamanı
oraya gəlişini xatırlayan Ali Baş Komandan Ulu Öndərlə bərabər həmin vaxt da
o yerdə durduğunu bildirmiş,həmin tarixi günü xatırlamış,Ulu Öndərin
vəsiyyətinə əməl etdiyini bir daha sübut edərək ruhunu şad etmişdir.
Ali Baş Komandan elə həmin yerdə duraraq bütün dünyaya bəyan etdi ki,biz bu
torpaqlarda əbədi yaşayacağıq!
Şuşanı və dağıdılmış bütün şəhər və kəndləri bərpa edəcəyik!
Həmçinin cənab Prezident xəbərdarlıq edərək hər birimizin ürəyindən xəbər
verdi:Əgər bizə qarşı hər hansı təxribat törədilərsə cavabımız çox sərt olacaq!
Məqaləmi Ali Baş Komandanın hər birimizin qəlbini riqqətə gətirən bu ifadələri
ilə sonlandırmaq istərdim:
Noyabrın 8-də Şəhidlər Xiyabanında Azərbaycan Xalqına Şuşanın azad edilməsi
müjdəsini verərkən çıxışımın sonunda demişdim:
Əziz Şuşa ,sən azadsan!Əziz Şuşa ,biz qayıtmışıq!Əziz Şuşa,biz səni dirçəldəcəyik!
Bu gün eyni sözləri təkrarlayıram.

Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,
ehtiyatda olan zabit Çingiz Dadaşov .