Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Birləşmiş Krallığın baş naziri vəzifəsi uğrunda seçki kampaniyasına start verib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

O, çıxışı zamanı seçki proqramından danışıb. B.Conson həmçinin qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqından oktyabrın 31-də çıxacaq.