Bolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub.

Bu barədə Bakıxəbər.az BTA agentliyin istinadən məlumat verir.

Bildirilir ki, silahlı şəxs Prezident Administrasiyasının əməkdaşlarını hədələyib.

Jandarmeriya əməkdaşları onu yaxalayıb. Hazırda 71 yaşlı şəxsin bu hərəkətinin səbəbi araşdırılır.

Prezident Rumen Radev hadisə hadisə zamanı iqamətgahda – iş yerində olmayıb. Onun həmin vaxt Polşada BMT-nin iqlim dəyişikliyi məsələləri üzrə keçirdiyi ümumdünya konfransında iştirak etdiyi bildirilir.