Bu gün xalqımızın böyük oğlu, ulu öndəri, müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin banisi Heydər Əliyevin anadan olmasının 97 illi tamam olur. Xalqımız dahi lider, fenomen şəxsiyyət, uzaqgörən dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyevin əziz xairəsini bu gündə dərin ehtiramla yad edir,hörmət və ehtiramını bildirir.
Bu gün onun şah əsəri olan, güclü iqtisadi sütünlara malik Azərbaycan Ulu Öndərin siyasi varisi möhtərəm cənəb prezident İlham Əliyev tərəfindən dahada inkişaf etdirilərək dünyada öz layiqli yerini tutmuşdur.Artıq Azərbaycan Cənubi Qafqaz region ilə, MDB məkanı və Avropa ilə deyil dünya ölkələri ilə müqayisə edilir.Bütün dünyanı bürümüş Koronovirus pandemiyasına qarşı dünyada mübarizə aparılsada virusun geniş şəkildə yayılmasının və insan tələfatının azalmasının qarşısını almaq mümkün olmamışdır.Lakin ölkəmizdə cənab İlham Əliyevin düşünülmüş və vaxtında atdığı ciddi və təxirəsalınmaz addımlar nəticəsində bu gün ölkəmizdəki vəziyyət qənaətəxşdir.Əhalinin sosial rifahının yüksəldilməsi, pandemiyanın mənfi təsirlərindən əhalinin əziyyət çəkməməsi üçün ölkə rəhbərinin imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar əhali arasında böyük rəğbət və sevinclə qarşılanmışdır.Haqqı ödənilən 50 min ictimai iş yerinin 90 minə çatdırılması, 600 min insana iki ay müddətində 190 manatın verilməsi və digər sosial paketlər bir daha deməyə əsas verir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü lideri var, Azərbaycan hələ uzun illər boyunca Heydər Əliyev yolu ilə inkişafa tərəqqiyə doğru gedəcəkdir.Bu mənada nə qədər Azərbaycan var Heydər Əliyev bizim aramızda əbədiyaşar qalacaqdır.
Millət Vəkili:AQİL MƏMMƏDOV