Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nin yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyinə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.

BMT TŞ on beş üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beşi ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru, Küveyt və Kot-Divuar BMT TŞ-nin yeni qeyri-daimi üzvü olacaqlar.