BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır.

Bakıxəbər.az xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.

“Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq”, – mənbə deyib.

Məlumata görə, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edəcək.

Şövkət Hüseyinova