Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov və BMT baş katibi Antoniu Quterriş Rusiya sülhməramlıları ilə, Azərbaycanla və Ermənistanla əməkdaşlıq şəraitində Dağlıq Qarabağda humanitar problemlərin həllində beynəlxalq təşkilatın imkanlarını müzakirə ediblər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Antoniu Quterriş Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşmaya nail olunmasında Rusiyanın rolunu alqışladı. Həmsöhbətlər BMT-nin Azərbaycan, Ermənistan və Rusiya sülhməramlıları ilə əməkdaşlıq edərək bölgədəki humanitar problemlərin həllinə kömək imkanlarını nəzərdən keçirdilər”, – Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xəbərində deyilir.

Şövkət Hüseyinova