BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkədə yeni layihənin icrasına başlayacaq.

Bunu “Repor” nümayəndəliyin rəhbəri, səfir Qulam İshaqzai bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi sağlamlıq imkanları məhdud olan insanların məşğuliyyətinin təmin edilməsidir.

“Layihəyə həmçinin belə insanlara münasibətin dəyişməsi, onların inteqrasiyası kimi məsələlər daxildir. Layihənin tezliklə həyata keçirilməsi nəzərdə tutulur. Onun büdcəsi təqribən 3-4 mln manat olacaq”, – səfir qeyd edib.