Livan bölgənin və dünyanın ən qatı anti türk bir dövlətidir. Erməni genosid ideyasının yarandığı, erməni lobbisinin ən fəal olduğu, parlamentində təmsil olunduğu və siyasi olimpinə çıxdığı bu ölkə Azərbaycana qarşı ərəb-PKK-çı-fələstin-erməni terrorçularından ibarət qrup göndərən bir ölkədir və bunu heç zaman gizlətmir.

Livanda toplam 156 min erməni yaşayır və partlayış onların kompakt yaşadığı sahilə yaxın ərazidə baş verdiyi aydındır. Bu partlayışdan zərər görən erməni terror yuvalarından və uydurma «böyük ermənistan» xülyasının ideoloji mərkəzlərindən biri sayılan, məhz Beyrutdakı erməni kilsəsidir. Hələ «Fədai» qəzeti 2004-cü ildə bu kilsəyə Bakıdan gedən erməni qadınları barədə məlumat vermişdi. Yəni ölkəmiz daxilində 5-ci kolon nümayəndələri birbaşa oradan təlimatlar alır.

Hadisə barədə «Novosti Armenia.am» saytı verdiyi xəbərdə deyilir: «Beyrutda baş verən partlayış nəticəsində 11 erməni öldürüldü, bir neçə yüz erməni icmasının nümayəndəsi zərər çəkib və itkin düşdüyünü, Küveyt Erməni Yeparxiyasının katibi Arximandriti Petro Manvelyan, Böyük Kilikiya Evinin Katolikosluğu camaatı bildirib.

Ermənistan İctimai Televiziyasının yaydığı video reportaj zamanı Beyrutun müxtəlif bölgələrindəki vəziyyətin həqiqətən fəlakətli olduğunu, xüsusən də ermənilər məskunlaşmış bölgələrdə şəhərin böyük maddi ziyana məruz qaldığını, ölənlərin ümumi sayının 150 nəfəri keçdiyini, 3 mindən çox adamın yaralandığı deyildi (digər mənbələrə görə, 4-mindən çox).

Arximandrit, eyni zamanda yerli ermənilərin evləri və dükanlarının dağıldığını, insanların çaxnaşma içində olduqlarını, Beyrutdakı erməni kilsəsinə ciddi ziyan dəydiyini, həmçinin Antilyasdakı Katolikosluğun əsas kafedralının (Böyük Kilikiya Evinin katolikoslarının iqamətgahı orada yerləşir) söylədi.»

Ölkəmizdə bir çox qətliamlarda əli olan və qəhrəman ordumuz tərəfindən gəbərdilən Monte Melkonyan da bu kilsənin «xeyir-duası» ilə Qarabağa göndərilmişdi. Buradakı erməni kilsəsi Eçmiədzinlə rəqabət aparacaq qədər güclüdür.

Monte Melkonyan və onunla birgə terrorçu çaqqal sürüsü. Beyrut-1978

Xatırladım ki, Livanda üç görkəmli erməni siyasi partiyası mövcuddur: Erməni İnqilabi Federasiyası (yəni daşnaklar), Sosial Demokrat Partiyası (Hnçaq) və Ermənistan Demokratik Liberal Partiyası (Ramgavar Partiyası). Onlar Ermənistanın da həyatının bütün sahələrində əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu müddət ərzində ASALA, JCAG və ARA kimi terrorçu təşkilatlar Livanda fəaldılar və buradan öz əməliyyatları üçün başlanğıc nöqtəsi kimi istifadə edirlər. ASALA 1975-ci ildə Fələstin Azadlıq Təşkilatındakı (FAT) müttəfiqlərinin dəstəyi ilə erməni solçu millətçilər tərəfindən yaradılmışdır. Təşkilata Livanda fəaliyyət göstərən bir neçə Fələstin müqavimət təşkilatından təlim alan Monte Melkonyan adlı bir erməni hərbçi rəhbərlik edirdi. ASALA-dakı mənbələrə görə, qrupun lideri Akop Akopyan, Haddad və Fələstin Qurtuluş Xalq Cəbhəsi ilə əlaqəyə girmişdi. Bu gün də müxtəlif adlar altında bu əlaqələr davam etməkdədir.

Biz Livana yardım etməməliyik. Həmçinin də Fələstinə. Çünki bu iki dövlət erməni terrorunun ən çox qidalandıran və onları mühafizə eən dövlətlərdir. Ona görə də əhali bu çətin məqmda ediləcək 1 milyon dollarlıq yardımdan aşkarcasına hiddətlənib. Hətta bu yardımı ermənilərə edilən yardım kimi qəbul edənlər də var.

Partlayışın baş verməsi barədə ən son versiyaya görə, Qərb mediası, partlayışa səbəb olan maddənin 2013-cü ildə Batumi limanından Mozabikə yola salınan “MV Rhosus” adlı Moldova bayrağı altında üzən gəmidə olan 2750 ton amonium-nitrat olduğunu yazıb. Ancaq gəmidən “ciddi istifadə pozuntusu”, liman xərclərinin ödənməməsi kimi şikayətlər olduğundan Beyrut limanında gəmiyə həbs qoyulub. 11 aydan sonra gəminin kapitanı Preşkov və heyət gəmidən buraxılır. 2014-cü ildə isə məhkmə qərarı ilə təhlükəli yük gəmidən boşaldılıb anbara yığılıb.

Məlumat üçün bildirim ki, istilik və ya hər hansı bir alovlanma mənbəyi güclü yanğına və ya partlayışa səbəb ola bilər. Ammonium nitrat, güclü oksidləşdirici agent olduğu üçün yanan materiallar və maddələrlə tez reaksiyaya girir. Əsasən gübrələrin istehsalı üçün istifadə olunsa da, partlayıcı maddələr kimi də istifadə edilə bilər.

Ammonium nitratdan, digər partlayıcı maddələrin, məsələn, Amatol şəklində TNT kimi partlama sürətini dəyişdirmək üçün də istifadə olunur.

Ammonium nitratın saxlanması və işlənməsi üçün çox sayda təhlükəsizlik qaydaları mövcuddur. Yanan maddələrin yanında saxlamaq olmaz. Ammonium nitrat, xloratlar, mineral turşular və metal sulfidlər kimi bəzi maddələrlə təmasda güclü və ya hətta şiddətli partlayışa səbəb ola bilər. Bu maddə oksidləşmə səbəbindən yanğınların əsas səbəbi ola bilər və həmçinin 1947-ci ildə baş vermiş Texas fəlakətindən sonra onun saxlanma və istifadə qaydalarına əhəmiyyətli dəyişikliklər edildi.Yəni qaynaq işi, sızma versiyası da ağıla batan versiya deyil.

ABŞ Müdafiə Naziriyi Beyrut limanındakı partlayışla bağlı araşdırma aparır. ABŞ prezidenti partlayışla bağlı ilk mesajında “qorxunc hücum” ifadəsini işlədib. Eyni zamanda Livan prezidenti hökumətə hadisənin araşdılması və günahkarların müəyyən edilməsi 4 gün vaxt təyin edib. Liman rəhbərliyi isə ev həbsinə alınıb. Partlayışla bağlı İsrail, Hizbullah və ABŞ-ın adı çəkilsə də Rusiya adına rast gəlinmir. Partlayışın baş verdiyi 12 saylı bölmənin Hizbullaha məxsus olması iddiaları, eyni zamanda videogörüntülərdə ilk kiçik yanğından sonra kənardan naməlum cismin yanğın yerinə uçması və bundan sonra böyük partlayışın baş verməsi, eləcə də bəzi mütəxəssislərin omonium-nitratın kənardan müdaxilə olmadığı təqdirdə bu şəkildə partlaya bilməyəcəyi ilə bağlı rəyləri şübhə dumanını daha da qatılaşdırıb. İsrail ittihamları rədd edib. ABŞ, İsrail və regional müttəfiqləri İranı Livandan sıxışdırıb çıxarmaq üçün Hizbullahı zəiflətməyə çalşır. Hizbullah isə xeyli güclüdür və üstəlik Taif anlaşması (1989) Hizbullaha Livanda silahlı qüvvə saxlamaq hüququ verir. Buna görə də ABŞ və müttəfiqləri son 3 ildə Hizbullahın zəiflədilməsi prosesində Livana təzyiqlər həyata keçirirlər. Lakin ABŞ prezidenti də hadisədə qəsd ehtimalına işarə edir. Prezident Donald Tramp deyib ki, “hazırda Beyrutdakı partlayışın hücum olub-olmadığını heç kim bilmir”.

İndi isə Rusiya versiyasına diqqət edək. Rusiya isə susur. Moldova rəhbərliyi Rusiya meyillidir. Rusiya ammonium nitratın ən böyük istehsalçısıdır. Azot kübrəsi kimi istifadə olunur. Bir çox dünya ölkələri bu maddənin istehsalını qadağan edib. Livanın yeganə quru əlaqəsi Suriya ərazisi vasitəsiylə həyata keçirilirdi. Bir zamanlar Suriya ordusunu Livan himayədar kimi ölkəyə çağırmışdı. 2005-ci ilin fevralında Rəfiq Həririnin öldürülməsindən sonra beynəlxalq təzyiqlər altında Suriya ordularını Livandan çıxarmalı olub. Uzun müddətdir ki, terrora görə Suriya ittiham olunur, rəsmi Dəməşq isə bu ittihamları rədd edirdi. Livan ali məhkəməsi 2005-ci ildə terror nəticəsində öldürülmüş baş nazir Rəfiq Həririnin işi ilə bağlı avqustun 7-də yekun qərarını açıqlamalı idi. Ancaq partlayış səbəbindən qərar 18 avqustadək təxirə salındı. Livanda 1 milyon suriyalı qaçqının olması, ermənilərin olması və bu gün Suriyanın Rusiyanın nəzarətində olması məncə diqqəti cəlb etməlidir. Çünki Livan məhkəməsi Bəşər Əsədə qarşı əlavə problem yaratması təkcə Rusiyanı narahat edə bilərdi. Bu günlərdə Gürcüstanda artıq iki həftədir ki, Rusiyadan Ermənistana aparılan yüklərin sərhədi keçməsinə icazə verilməməsini xəbər olaraq vermişdik. Məlumata görə, bu yüklər ammonium nitratdan ibarətdir və partlayıcıların hazırlanması üçün göndərilir. Erməni tərəfin idiasına görə isə, onlar sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir, məsələn, dağ-mədən, yol tikintisi və s. 2016-cı ildə azot və fosforlu mərmilərdən ermənilər Tərtər istiqmətində istifadə etmişdi.

Rusiyada hazırlanmış partlayıcı maddə ilə yüklənmiş avtomobilər Larsda Rusiya tərəfinin bütün prosedurlarını keçib, lakin Gürcüstan tərəfi onların Gürcüstanın gömrük sərhədini keçməsini qadağan etməkdədir.

Məlum olub ki, təkcə bu il ərzində artıq 40-a yaxın maşın göndərilib və bu təhlükəli yüklər bundan sonra da müəyyən olunmuş qaydada hər ay göndərilməliymiş.

Saxlanılan yüklərin aqibətinin necə olacağı isə hələlik məlum deyil. Əsas məlum olan isə odur ki, düşmən bu partlayıcıdan bizə qarşı silah — sursat hazırlayacaqdır.

Yekun olaraq, bildirim ki, harada qn varsa, orada Rusiya və köpəyi ermənilər var. Harada faciə varsa, orada rus «sapoq»unun izi var. Beyrut barədə Rusiyanın susqunluğu maraqlıdır. Axı partlayan ammonium — nitratın Rusiya mənşəli olmasına da münasibət bildirilmir.

Bir daha bildirirəm ki, biz Livana yardım etməməliyik. Biz terrora dəstək olan bir dövlətə necə yardım edə bilərik? Özgəyə qazdığı quyuya düşüb. Bəlkə də bu partlayış, Rusiya-Daşnak sövdələşməsinin nəticəsidir və dalğası tezliklə Sorosun «cocuqlarını» vuracaq. Beyrutun 3-5 milyard ziyan çəkdiyini deyirlər. Bəs Beyrutun Vekaa vadisindən ölkəmizə «ərməğan» kimi göndərdiyi terrorçuların hesabına Azərbaycan neçə milyard ziyana düşdüyünü niyə hesablamırsınız?

Xalqın boğazından kəsilən bu pul Livana verilə bilməz. Onsuz da Bakıdan Beyrutun erməni kilsəsinə hər ay gedən erməni arvadlar özləri yardım edəcəklər…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri