Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası – Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası – Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna vətəndaşlıq alıblar.

Şövkət Hüseyinova