Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Aqil Qədirov və Elnur Məmmədovun barələrindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bakıxəbər.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib və və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

Cinayət işində 33 zərərçəkmiş var.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) və s. maddələri ilə ittiham verilib.