Bu gün Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında iki aksiya keçirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir qrup insan Rusiya hərbçilərinin davranışının Ermənistanın təhlükəsizliyini təhdid etməsini mühakimə edib. Bu aksiya saat 12:00-da başlayıb. Onlardan bir saat sonra saat 13:00-da isə kommunistlər “Ermənistanda antirusiya təxribatına yox!” və “Rusiya ilə əbədi!” şüarları altında aksiya keçiriblər.

Aksiya iştirakçıları bildiriblər ki, Rusiyanın 102 saylı hərbi bazası təkcə “Ermənistan vətəndaşlarına deyil, erməni dövləti üçün təhlükə mənbəyidir”.

Bu piket Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə keçirilib.