Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına qarşı bu yaramaz, xəyanətkar əməli əslində yeni deyil. Onun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filminin ermənilərin sifarişi ilə çəkilməsinə heç bir şübhəm yoxdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib.

Federasiya sədri bildirib ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin xaricdə apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması təkcə Rüstəm İbrahimbəyovun deyil, onunla bir yerdə olan ermənipərəstlərin də əsl simasını ortaya qoyur. Bu film Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir. Bu, İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara