Biləsuvar sakini kafedə qətlə yetirilib

Bakıxəbər.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.