121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahib Hətəmov məcburi köçkünlərin məskunlaşdığı Qaradağ rayonu ərazisində yerləşən Qobupark -1 yaşayış massivində seçiciciləri ilə görüş keçirdi.Qəsəbənin tanınmış ziyalı ağsaqqalları,deputatlığa namizəd Sahib Hətəmovla dəstək olacaqlarını və xalqımıza ləyaqətlə xidmət etməyini tövsiyyə etdilər.

“Yeni Gündem”-in məlumatına görə, onların real problemləri ilə tanış olan və narahatlıq doğuran məsələləri birbaşa özlərindən dinləyən Sahib Hətəmov səsləndirilən məsələləri nəzarətə götürərək həlli məqsədi ilə əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüş iştirakçıları Sahib Hətəmova etimad göstərdiklərini, 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə onu dəstəkləyəcəklərini bildirdilər.

Səmimi keçən görüşdə seçicilərin sualları cavablandırıldı, təklif və problemlərinin qeydiyyatı aparıldı. Sahib Hətəmov hər bir seçicini 9 fevral Milli Məclisə seçkilərdə aktiv olmağa çağırdı.
Seçicilər yekdilliklə Sahib Hətəmovu dəstəklədikərini bildirdilər.

Laçından olan məcburi köçkünlər onuda qeyd etdilər ki,Mahir Abbaszadə millət vəkili seçiləndən sonra birdəfə olsun belə görməmişik.Bizə lal millət vəkili yox,bizə bizim problemlərimizi həll edən,bizim sözümüzü milli məclisdə deyən millət vəkili lazımdı.Biz Mahir Abbaszadəyə yox,Sahib Hətəmova səs verəciyin.