Martın 25-də ABŞ prezidenti Donald Tramp “İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin ABŞ tərəfindən tanınması” barədə fərmanı imzaladı. Sənədin imzalanma mərasimi Ağ Evdə baş tutdu. Mərasimdə İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edirdi. İmzalanma mərasimində ABŞ prezidenti ölkəsinin daim İsrailin yanında olacağını bildirən fikirlər səsləndirdi. Eynilə də israilli baş nazir  ABŞ prezidentinin ünvanına təriflər və minnətdarlıqlar bildirdi.

COLAN TƏPƏLƏRİ PROBLEMİNİN TARİXİ

Qeyd edək ki, Colan təpələri 1944-cü ildən Suriyanın ərazisi sayılır. 1967-ci ildə 6 günlük müharibə zamanı iyunun 9-10-da İsrail bölgəni ələ keçirib. 1973-ci ildə Misir və Suriyanın İsrail üzərinə revanş məqsədli birgə hücumu zamanı bölgə şiddətli döyüşlər meydanına çevrildi. Amma Suriya ərazini geri qaytara bilmədi. Döyüşlər zamanı bölgənin mərkəzi sayılan Əl-Guneytər şəhəri dağıdıldı. Şəhərin dağıdılmasında tərəflər bir-birini ittiham edirdilər. 1974-cü il 31 may müqaviləsi əsasında şəhər Suriyaya qaytarıldı. Colan təpələri bölgəsinin şərq hissəsi Suriyanın, bölgənin qalan böyük bir hissəsi İsrailin nəzarəti altındadır.

İsrail ordusu Əl-Guneytər şəhərinin Suriyaya təhvil verilməsi ərəfəsində dağılmış binaların qalıqlarını bütünlüklə buldozerlərlə uçurdu. Suriya tərəfi isə, şəhəri bərpa etmədi və şəhər xarabalıqlarını “sionist rejimin vəhşiliyini göstərən dəhşətli abidə” kimi saxlamaqdadır. Hal-hazırda İsrail nəzarətində olan Colan təpələri bölgəsinin mərkəzi Qəsrin şəhəri sayılır.

70-ci illərin sonunda İsrail hökuməti işğalı altında olan Colan təpələrində yaşayan suriyalılara (40 min nəfər civarında) İsrail vətəndaşlığını verdiyini bildirdi.  1981-ci ildə İsrail knesseti ərazi üzərində İsrailin hüququnun yayıldığını elan edir. Elə həmin ildə BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə əsasən, rəsmi Təl-Əviv bu qərarını ləğv etməli idi. Ancaq İsrail həmin ərazidə 30 yaşayış məskəni saldı və hazırda orada 20 minə yaxın insan yaşayır. Bu köçürmə qanunsuz olsa da yəhudi dövlətinin rəsmiləri buna məhəl qoymurlar. Colana köçürülən yəhudilərlə birlikdə burada əsasən ərəb mənşəli druzlardan (İsmaili şiəliyindən ayrılmış və özünü “müvahiddun” adlandıran etno-dini birlik) ibarət olan suriyalılar yaşayır. Əsasən sünni və ələvi məzhəbindən olan ərəblər isə, işğal olunmuş əraziləri böyük qismlə çoxdan tərk ediblər.

Donald Trampın qərarı dünyada birmənalı qarşılanmadı. İlk növbədə Türkiyə, həmçinin, Suriyadakı ermənipərəst Əsəd rejiminin dəstəkçiləri İran və Rusiya, Ərəb dövlətləri Liqası və bir sıra müsəlman dövlətləri, digər tərəfdən Avropa Birliyi, hətta ABŞ-ın anqlo-sakson amalı üzrə müttəfiqləri İngiltərə və Kanada bu qərarı pislədilər. Qeyd edək ki, Ukrayna da birmənalı olaraq Colan təpələri üzərində İsrailin suverenliyinin tanınması barədə Ağ Evin qərarına mənfi münasibət bildirdi.

NƏ ÜÇÜN İNDİ?..

Bir çox ekspertlər bu barədə səbəbləri göstərirlər. Bu səbəbləri iki yerə ayırmaq olar: 1) Subyektiv köklü və 2) Qlobal köklü.

1) Subyektiv köklü səbəblər: a) ABŞ prezidenti Trampın ailəsinin ABŞ-dakı yəhudi lobbisi ilə sıx bağları. Qüds barədə onun qərarının Trampın qızının əri, yəni, kürəkəni Сared Kuşnerin təsiri altında qəbul etdiyi bildirilir. Qeyd edək ki, Trampın birinci arvadından olan qızı İvanka Tramp 2009-cu ildə Cared Kuşnerə ərə gedərkən xristianlıqdan çıxıb, ərinin dininə – müsəviliyə keçir. Donald Trampın qudası, yəni, İvanka Trampın qaynatası, yəni Cared Kuşnerin atası Çarlz Kuşner ABŞ-ın və dünyanın multimilyarderlərindən və ABŞ-dakı yəhudi diasporunun liderlərindən biridir. Çarlz Kuşner həm də Donald Trampın biznes ortağıdır. Hələ prezident seçilməmişdən əvvəl Donald Tramp Çarlz Kuşnerin ortaqlığı və dəstəyi ilə milyardlıq qazanclar gətirən bir sıra biznes layihələrini gerçəkləşdirib. Elə həmin illərdən Tramp ailəsi ABŞ-ın yəhud diasporu ilə həm biznes, həm də şəxsi bağlılığa malik olur.

  1. b)Azərbaycan mənşəli Rusiya politoloquKamran Həsənova görə, 6 il öncə ABŞ-ın Afek şirkəti Colan yüksəkliklərində neft və qaz yataqları aşkar etmişdir. Bəzi ehtimallara görə, Colandakı neft-qaz ehtiyatları fantastik ölçüdə, yəni Səudiyyə Ərəbistanındakı ehtiyatlara bərabər həcmdədir. Afek şirkəti, 2011-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında qurulmuş “Genie Energy” adlı holdinqin bir qoludur. “Genie Energy” şirkətinin məsləhətçisi ABŞ-da və dünyada məşhur olan siyasətçi, ABŞ-ın dünyada sərt siyasətinin tərəfdarlarından biri Dik Çeynidir. Şirkətin səhmdarları arasında Çarlz Kuşner və Yakob Rotşild də var.
  2. c) subyektiv səbəblər içində apreldə İsraildə keçiriləcək parlament seçkilərində Netanyahunun reytinqinin qaldırılması və ya Trampın rus kəşfiyatı ilə əlaqəsinin istintaqını aparan xüsusi prokuror Robert Müllerə yəhudi lobbisinin təzyiqi müqabilində “bazarlaşmanı” da göstərirlər. Amma bu səbəblər inandırıcı deyil. Əvvəla, Netanyahunun seçkilərdə rəqibləri də Colan yüksəklikləri barədə Trampın qərarını alqışlamışlar. Netanyahunun seçkilərdə qələbəsi və ya məğlubiyyəti Tramp üçün əhəmiyyətsizdir.

İkincisi, xüsusi prokuror Robert Müller nəsillikcə ABŞ-a xidmət etmiş anqlo-sakson soyundandır; anqlo-sakson xalqları məhz bu cür nəsillərin hesabına ədalətli və güclü dövlətlər qura bilmişlər. Onun obyektivliyi və prinsipiallığı şübhəsizdir. Trampın Colan yüksəkliklərini  İsrailə “bağışlaması” müqabilində ABŞ-ın yəhudi lobbisinin R.Müllerə təzyiq etməsini, ya da onu rüşvətlə satın almasını — ancaq dar düşüncəli adam deyə bilər. R.Müller ABŞ elitasında “qanunu pozduğuna görə, doğma anasını məhkəməyə verə bilən təmiz insanlardan biri” imicinə malikdir.

2) Qlobal köklü səbəblər: a) İstər il əvvəl Qüds məsələsində olduğu kimi ABŞ İsrailə qarşı islam dünyasında hücumların artmasını planlayır. İsrailə hücumlar bölgəyə ABŞ-ın müdaxiləsini gücləndirməyə əsas verir; b) ABŞ Suriyanı həm İran, həm də Rusiya üçün “müflisedici bataqlığa” çevirməyə çalışır. Necəki vaxtilə SSRİ üçün “müflisedici bataqlıq” Əfqanıstan oldu.

GERÇƏK REAKSİYALAR VƏ DIĞALARIN ƏLİBAĞLI SEVİNCLƏRİ

Baxmayaraq ki, Türkiyə, Rusiya, müsəlman və Avropa Birliyi ölkələri Trampın bu qərarına neqativ münasibət bildiriblər, amma reaksiya bəyanatlardan o tərəfə getməyəcək. Bu çeşiddən olan “pafoslu” bəyanatlar, ABŞ-ın İraqa, Liviyaya qoşun yeritməsi, Qüdslə bağlı qərarı ilə əlaqədar da çox verilmişdi.

Anlaşılandır ki, Qərb dövlətləri Serbiyanı parçalayıb Kosovanın müstəqilliyini tanıyanda, Rusiya isə, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığını bildirəndə, Krımı ilhaq edəndə — artıq “sərhədlərin toxunulmazlığı” ilə bağlı beynəlxalq hüququn “cənazə namazı” verilmişdi. Trampın Colan yüksəklikləri ilə bağlı qərarı isə, artıq beynəlxalq hüququn “torpağa tapşırıldığını” göstərdi.

Bu mövzuda dığaların mövqeyini qeyd etməliyik. Erməni mətbuatında Trampın qərarı ilə bağlı bir sevinc ajiotajı yaranıb. Düşmən tərəf Kosovo və Colan hadisələrini nümunə gətirib, gec-tez işğal etdikləri Azərbaycan torpaqlarının da hüquqi cəhətdən “özəlləşdirəcəklərinə” ümidlərinin artdığını bildirirlər. Amma dığaların əlləri açıq olsa idi, hətta sevincli xülyalarına görə əl çalardılar. Əlləri bağlıdır, çünki onların sevinci indiki ağaları — Rusiyanın heç xoşuna gəlmir. Həmçinin, dığalar öz sevinclərini təkcə Rusiyaya görə pıçıltı ilə demirlər. Ortada ermənilərin müttəfiqləri Suriya, İran və Livandakı “islami” libasa girmiş ərəb və fars anti-türkçüləri var. Onlar da ermənilərdən inciyə bilərlər…

Çox heyf ki, bizdə xarici işlər sahəsində analitik və operativ bir mərkəz yoxdur. Suriyanın parçalanmasına sevinən ermənilərin yazılarını ərəb dilinə tərcümə edib, ərəb dünyasında yaymaq, ərəblərdə dığacıqlara qarşı reaksiya qaldırmaq — əla olardı. Amma,əgər biz Güneydə dığaların ayaqları altında yeri cəhənnəmə döndərməyi bacarmırıqsa, ərəb dünyasında anti-dığa dalğasını qaldırmaqdan danışmağa dəyməz…

BİZİM ÜÇÜN YAXŞI VƏ PİS

Colan yüksəklikləri ilə bağlı ABŞ-ın qərarının bizim milli mənafelərə əslində, “isti-soyuğu” yoxdur. Çünki Azərbaycanda elə 1993-cü ildən hamıya bəlli oldu ki, “beynəlxalq hüquq” adlı bir nəsnə —əfəl və sadəlövhlər üçün nağıldır. Bu nağıla heç Haaqadakı beynəlxalq məhkəmənin hakimləri də inanmır. “Beynəlxalq hüquq” bir çomağa çevrilib; baxır kimə qarşı və kim tərəfindən işlədilir…

Colan yüksəkliyi ilə bağlı ABŞ-ın qərarını pisləməliyik. Ona görə yox ki, “müsəlman həmrəyliyi” və ya “beynəlxalq hüquq” var. Ona görə ki, milli mənafelərimiz bunu tələb edir. ABŞ-ın forpostuna çevrilən Ukrayna Trampın qərarını pisləyib — Kiyev milli mənafelərini nümayiş etdirir və siyasi oyunun qaydalarına əməl edir.

İsrail siyasi dairələri də bizim mövqeyimizi anlamaq qabiliyyətindədir.

Onsuz da torpaqlarımızın işğal məsələsində son sözü “müsəlman həmrəyliyi” və ya “beynəlxalq hüquq” deyil, Azərbaycan əsgəri deməli olacaq…

Qarxunlu

 “Millətçilik” qəzeti