Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Beylaqan rayonu 1-ci Şahsevən kəndində dünyaya göz açmış,1997-ci il təvəllüdlü Gizir Əzimov Cavanşir Cəlal oğlu Gəray Əsədov adına tam orta məktəbi 2014-cü ildə fərqlənməylə bitirmiş.6-çı sinifdəykən atasınını itirən kiçik Cavanşir çox əzab əziyətlə böyümüş,kiçik yaşlarında anasına daim dəsdək olub.Atasının yoxluğunu anasına hiss etdirməməyəyə çalışıb.Asudə vaxtlarında həmişə gəncləri vətənparvər ruha gökləmiş,olara daim idmanla məşqul olmağı və vətənə laiqli övlat kimi formalaşmağı töfsüyə etmişdir.

Gizir Əzimov Cavanşir Cəlal oğlu Füzuli rayonunun narlıq ərazisini düşmənin işğalından azad edərkən qəhrəmancasına şəhid olmuşdur. Cavanşir Əzimov doğulduğu Beyləqan rayonunda torpağa tapşırılmışdır. Dəfn mərasimində şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgər heyəti, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdi.

Dəfn mərasimində çıxış edənlər şəhidin valideynlərinə səbir, şəhidə Allahdan rəhmət dilədilər. Qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad oldu və şəhidlərin qisası yerdə qalmadı.

Şəhidin anası Cəmilə Rəhimova övladı ilə fəxr etdyini bildirdi.olunun vətən uğrunda şəhid olmasıyla qürur duyduğunu bildirib. O, bütün şəhidlərə rəhmət dilədi.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər bizim əsgər!” şüarları səslənirdi. Şəhidin cənazəsi Beyləaqn rayonunun ictimayyətinin müşayyətiylə son mənzilə yola salındı. Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun anasına təqdim edilib.

Ps:Elimin qəhraman oğlu, qardaşım Cavanşir yeniyetmə dövrü,gəncliyi mənim gözlərim önündə keçib.Onun xarekterində bir cəsurluğ,qəhramanlığ igidlik varidi.həmişə qəlbi vətənlə döyünürdü.Qarabağın işqalı onu daim narahat edirdi.Uzun illəridi milli ordunun sıralarında xidmət edirdi.Cavanşir həmişə deyirdi ki, Ali Baş Komandanın əmirinini səbirsizliklə gözləyir,şəhidlərimizin torpaqlarımızın qisasın almaq onun ən böyük xəyalı və arzusuidi.

Allahdan sənə rəhmət diləyirəm qardaşım.ruhun şad olsun vətən sağ olsun!