Belçika kralı II Albert İtaliyanın cənubundakı Santa-Mariya-di-Leuka şəhərinin elitar yaxt-klubuna buraxılmayıb.

Bakıxəbər.az “Contact” radiosunun məlumatına istinadən xəbər verir ki, kral bara əynində şortla gəlibmiş, bu isə həmin iaşə obyektinin qaydalarına ziddir.

1993-cü ildə Belçika kralı elan edilmiş II Albert 2013-cü ilin iyulunda böyük oğlu Filippin xeyrinə taxt-tacdan imtina edib.

Mənbə qeyd edir ki, barmen sadəcə olaraq 84 yaşlı monarxı tanımayıb. Kralın yanında həmin vaxt həyat yoldaşı, kraliça-ana Paola olub. II Albert hadisədən sonra məcbur olaraq yaxtasına qayıdıb və şalvar geyib.