“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Bakixeber.az-a verdiyi məlumata görə,Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.

Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.

Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.