Gürcüstanın Çakvi kurort qəsəbəsi ərazisində Batumi-Yerevan istiqaməti üzrə hərəkət edən qatar qəza törədib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qatar turisti vurub.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis çağırılıb. Xəsarət alanın öldüyü müəyyən olunub.

Ölən əcnəbinin vətəndaşlığı hələlik məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi və “Gürcüstan dəmir yolları” SC-nin hadisə ilə bağlı açıqlama yayacağı gözlənilir.