Banqladeşin Baş Naziri Şeyx Hasina Vazed və Xarici İşlər naziri Abdul Momen Azərbaycana səfər edəcəklər.

Bakıxəbər.az-ın “dhakatribune.com”a istinadən verdiyi xəbərə görə, Baş Nazir və Xarici İşlər naziri səfər zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaqlar.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.