Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.

Bakıxəbər.az xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.