Bakıda Yeni il yolkalarının quraşdırılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bakıxəbər.az xəbər verir ki, yolkalar paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq.

Hazırda Bakı şəhəri ərazisində yolkaların quraşdırılacağı yerlər və onların sayı müəyyənləşdirilir.

Qeyd edək ki, Yeni il günlərində Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərməyə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) hələ ki müraciət daxil olmayıb.