Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıxəbər.az-ın məlumatına görə, hadisə Yasamalda, Dadaş Bünyadzadə küçəsindəki doqquz mərtəbəli binada qeydə alınıb.

Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.

 Şölə Beyləqanlı (Hüseyinova)