Türkiyə Ülkü Ocaqlarının aktiv üzvlərindən olan Mehmet Akçay bu gün vəfat edib.
Bakıxəbər.az məlumatına görə Mehmet Akçay yaşadığı Manisa şəhərində həyata əlvida deyib.
Ülkücü Hərəkatın fəal gənclərindən olmuş Mehmet Akçay uzun illər Bakıda yaşayıb. Azərbaycanda gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanmasında, bir sıra milli tədbirlərin düzənlənməsində aktiv iştirak edib. Bir müddət əvvəl Türkiyəyə dönərək Manisa şəhərində milli fəaliyyətlərini davam etdirirdi…

Allah rəhmət eləsin!